Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82176
az

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi - Fotoya diqqət

09:1009 Fevral, 2023
460
BANNER
  • A
İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub. Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın avtobusda faciəli şəkildə öldü
Aytən Səfərova ağır qəza keçirdi - VİDEO
Yevlax Qeydiyyat şöbəsinin sabiq rəisi həbs olunub, rüşvət almaqda ittiham edilir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ