Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82141
az

Film kimi cinayət – qarajdan villaya girdilər, seyfi yarıb 500 min manatlıq qızıl oğurladılar

20:1108 Fevral, 2023
194
KRİMİNAL
  • A

Vaxtilə usta işlədiyi mənzildən yarım milyon manata yaxın qızıl-zinət əşyalarının oğurlayan 44 yaşlı Babək Səmədovun və Ağdam sakini 31 yaşlı Tacir Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmünə əsasən, Tacir Muradov və Babək Səmədov hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə Babək Səmədov Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədəki fərdi mənzillərdən birində 2017-2020-ci illərdə təmir işləri aparıb. Həmin zaman mənzildə dəmir seyf olduğunu görüb, ev sahibinin mənzildə külli miqdarda pul saxladığını güman edib. Pulları ələ keçirmək barədə tanışı Tacirlə razılığa gəlib. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün bir neçə dəfə həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən sonra isə dəmir seyfi kəsmək üçün avtogen aparatı və digər əşyaları yaxınlıqdakı həyətlərdən birində yerləşdiriblər. 2022-ci il iyunun 30-da gecə saatlarında hasardan aşaraq həyətə keçiblər. Üçmərtəbəli evin qarajındakı pəncərənin dəmir barmaqlıqlarını lomla əydikdən sonra, mənzilə daxil olublar. İkinci mərtəbədəki yataq otağında saxlanılan seyfi özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsiblər. Seyfin içərisində olan 4 min dollar pulu və 439 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

Təqsirləndirilən Babək Səmədov ona elan olunan ittihamla özünü təqsirli bilib: “Təmir zamanı evə dəmir seyf gətirildi, otaqda yerləşdirildi. Evin hər bir otağında təhlükəsizlik kamerası quraşdırılmışdı. Banklara borcum olduğundan maddi sıxıntılarım vardı, bu səbəbdən də oğurluq etmək fikrinə düşdüm. Ev sahiblərinin bağda olduqlarını öyrəndim. Oğurluq planını qətiləşdirdim. Tacirə bu barədə dedikdə, əvvəlcə razılaşmadı. Dedim ki, dəmir seyfdə ən azı 20-30 min manat pul var, razılaşdı”.

Təqsirləndirilən Tacir Muradov da cinayət ortağının dediklərini təsdiqləyən ifadə verib. Deyib ki, tanışı Babəklə çayxanada rastlaşdıqda ona banklardakı borclarını ödəyə bilmədiyini deyib, imkanlı şəxsə məxsus mənzildən oğurluq etməyi təklif edib: “Seyfin içərisində 1,5 kiloqram qızıl vardı. Hamısını sellofan paketə yığdıq. Evə gətirdim, plasmas qutuya yerləşdirdim, saxlamaq üçün anama verdim. Dedim ki, dostum Rusiyaya gedib, bunları mənə əmanət edib. Anam da inandı. Seyfdəki 3800 manatı isə Babəklə aramızda böldük”.

Zərərçəkmiş E.Nadirov ifadəsində göstərib ki, ata-anası ilə birgə həmin ünvanda yaşayır, yay aylarında isə adətən bağda qalırlar: “Qarajın darvazasını açanda evdən oğurluq edildiyini başa düşdüm. İçəriyə girəndə seyfin qapısının kəsildiyini,  içərisindəki zinət əşyalarının isə oğurlandığını gördüm”.

Zərərçəkmiş ifadəsində onlara dəymiş ziyanın ödənildiyini, oğurlanan əşyaların hamısının geri qaytarıldığını, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını göstərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ