Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82110
az

Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi - VİDEO

16:3308 Fevral, 2023
137
CƏMİYYƏT
  • A

Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi "Range Rover" markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

OXU24.COX xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:

"Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də... Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara "Range Rover" sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır".

Polis mayoru təəssüflə qeyd edib ki, bu kimi hadisələr paytaxtın bəzi yerlərində də təkrarlanır:

"Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər qanunsuz parklanır. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, "20 manatdır da, çəkirsən çək, verəcəyəm" deyirlər. Bu, təbii ki, arzuolunmaz, xoşagəlməz haldır və cəmiyyətin nisbətən aşağı sosial təbəqəsini qıcıqlandırmaqdır. Həmin bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR