Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82009
az

Dünya ondan danışır: Türkiyədəki dağıdıcı zəlzələni 2 gün öncə xəbər vermişdi - FOTOFAKT

18:3207 Fevral, 2023
102
CƏMİYYƏT
  • A

Dünyaca məşhur zəlzələ mütəxəssisi Frank Hoqerbitsin paylaşımı gündəm olub.

OXU24.COM  Sfera.az-a istinadən bildirir ki, o, fevralın 3-də sosial şəbəkə hesabında "Gec ya tez, bu bölgələrdə (Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə  zəlzələ olacaq", - deyə yazıb.  Bir neçə gün sonra Türkiyədə zəlzələnin baş verməsi ilə Frankın proqnozu reallaşıb.

Hoqerbits isə səhər saatlarında "Twitter"də paylaşım edərək zəlzələ ilə bağlı şərh verib. "Türkiyənin mərkəzi və yaxın ərazilərdə güclü seysmik aktivliyə diqqət yetirin. Güclü zəlzələdən sonra, ümumiyyətlə, afterşoklar baş verə bilər", - mütəxəssis yazıb. 

O, Türkiyəyə dəstəyini ifadə edərək fikirlərini bu cür davam etdirib:

"Ürəyim zəlzələyə görə əziyyət çəkənlərlədir. Əvvəl də dediyim kimi, bu bölgədə 115 və 526-cı illərdə olan zəlzələlərə bənzər hadisə baş verəcəkdi. Bu zəlzələləri kritik planet həndəsəsi ilə proqnozlaşdırmaq olar".

Qeyd edək ki, Frank Hoqerbits Türkiyədə baş verən bir çox zəlzələni əvvəlcədən proqnozlaşdırmışdı.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində bazar ertəsi səhərə yaxın 7.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub