Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81984
az

Yollar buz bağlayacaq - PROQNOZ

14:3807 Fevral, 2023
92
CƏMİYYƏT
  • A

Fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və səhər 4°-dək isti, axşam 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyvələrin üstünə limon sıxsanız...
Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bakının bu ərazisində söküntü işləri başlayacaq?
Türkiyədə birgünlük matəm elan edildi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı