Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81891
az

Səfirliyimizdə törədilən terror aktının təfərrüatı - Yeni görüntülər

16:5806 Fevral, 2023
554
ÖZƏL BÖLÜM
  • A

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının təfərrüatı məlum olub.

Oxu24.com  xəbər verir ki, Azərbaycan XİN-də keçirilən brifinqdə danışılıb.

Məlum olub ki, terrorçu səfirlik binasında yaşayan əməkdaşların ailə üzvlərinin mənzillərinə də atəş açıb. Onun məqsədi binadakı hər kəsi öldürmək olub.
 

Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağıyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. Belə ki, V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın maqazinini çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.

Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu