Türkiyədə baş vermiş zəlzələ zamanı dəhşətli görüntülər ortaya çıxıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəzi Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Tarsus-Adana-Qaziantep avtomobil yolunda böyük dağıntılar baş verib.
Zəlzələ nəticəsində yollar yarılıb və bir neçə avtomobil yarqılara düşüb.
Zəlzələdən sonra yol bağlanıb.
Qeyd edək ki,bu gün Bakı vaxtı ilə 05:17-də Türkiyədə güclü zəlzələ qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR