Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynaya göndərilməsi qərara alınan tanklar Rusiya torpaqlarına hücum üçün istifadə edilməyəcək.
O, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski razılığa gəldiyini bəyan edib.
Şolz, alman tanklarının Ukrayna sərhədləri daxilində istifadə ediləcəyini və Rusiya Federasiyası ərazisinə heç bir hücum üçün istifadə edilməyəcəyini bildirib.
"Bu mövzuda fikir birliyi var", - deyə kansler qeyd edib.
Xatırladaq ki, Almaniya hakimiyyəti yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 88 “Leopard 1” tankını bu ölkəyə təhvil verməyi planlaşdırır.
Oxu24.com
ŞƏRHLƏR