ABŞ Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 2,175 milyard dollarlıq növbəti hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqdə bildirib.
"Müdafiə Nazirliyi bu gün Ukraynaya əhəmiyyətli yeni hərbi yardım paketini elan etdi 425 milyon dollar yardım Pentaqonun ehtiyatlarından ayrılacaq, daha 1,75 milyard dollar isə silahların alınmasına xərclənəcək.
ABŞ hərbi departamentinin məlumatına görə, paketə aşağıdakılar daxildir:
Hava hücumundan müdafiə sistemləri
Piyada döyüş maşınları
“Javelin tank” əleyhinə raket sistemləri üçün sursat
“HIMARS” çoxsaylı buraxılış raket sistemləri üçün "adi və daha uzun mənzilli raketlər"
“GLSDB kiçik diametrli 150 km mənzilli raketlər.
Oxu24.com
ŞƏRHLƏR