Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81720
az

Keçən ay xaricdə təhsil almış 54 nəfərin diplomu tanınmayıb

10:5203 Fevral, 2023
113
  • A
Yanvar ayı üçün diplomların tanınma üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Oxu24.com-a verilən məlumata görə, həmin müddətdə 297 müraciətçinin 243-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 54 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 14, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 102, Ukraynadan 78, Türkiyədən 53, Belarusdan 20, Gürcüstandan 15, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 35, iqtisadiyyat üzrə 26, menecment üzrə 25, tibb üzrə 23, bizensin idarə edilməsi üzrə 21, maliyyə üzrə 21 müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzərdə suyun səviyyəsi ARTDI

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…
Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM