Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81682
az

Norveç Quranı yandırmaq kampaniyasını qadağan edib

18:4402 Fevral, 2023
107
DÜNYA
  • A

Norveç hakimiyyəti cümə günü, fevralın 3-nə planlaşdırılan Quranın yandırılması aksiyasını qadağan edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

"Sabah Norveçdə müqəddəs kitabımız - Qurana qarşı keçirilməsi planlaşdırılan aksiya ilə bağlı məlumat aldıqdan sonra Norveçin Ankaradakı səfirini nazirliyə çağırdıq. Norveç hakimiyyəti aksiyanın keçirilməsinə icazəni ləğv etdi", - türkiyəli nazir bildirib.

 

Cümə axşamı səhər saatlarında Norveçin Ankaradakı səfiri Erlinq Skonsberqin Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığı və Türkiyənin Oslodakı səfirliyində Quranı yandırmaq üçün planlaşdırılan aksiyaya görə ona etiraz edildiyi bildirilmişdi. Ona həmçinin bildirilib ki, Ankara “Norveç hakimiyyətinin bu aksiyaya qadağa qoymasını gözləyir”.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pentaqonun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq
İran nüvə ilə bağlı rəsmi açıqlama verib
Mask Şolza müraciət edib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi