Avropa İttifaqı Ukraynaya 500 milyon avro məbləğində hərbi yardımın yeddinci tranşını ayıracaq.
Oxu24.com xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Avropa İttifaqı və Ukrayna sammiti ərəfəsində Şura bu gün Avropa Sülh Fondu çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə gələcək hərbi yardımı nəzərdə tutan yardım tədbirləri qəbul edib. Bunlar 500 milyon avro dəyərində olan yeddinci paketdən və Aİ-nin Hərbi Yardım Missiyasının səylərini dəstəkləmək üçün 45 milyon avroluq yeni yardım tədbirindən ibarətdir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR