Oxu24.com oxuculara hüquqi yardımını davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə zamanı yaranan məsuliyyətlə bağlıdır.
Bu barədə Cinayət Məcəlləsinin 232-ci maddəsində bəhs edilir.
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.2. Eyni əməllər:
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
232.2.2. təkrar törədildikdə;
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər;
232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
232.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə— altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR