Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanovu vəzifəsindən azad edib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Fərmanı hüquqi məlumatların rəsmi portalında dərc edilib.
Averyanov “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin köməkçisi vəzifəsində çalışacaq. O, həmçinin qrup rəhbəri Andrey Turçakın müşaviri statusunda NVO məsələləri üzrə parlament koordinasiya qrupunun üzvü olacaq.
Yuri Averyanov - ehtiyatda olan general-leytenant, birinci dərəcəli həqiqi dövlət müşaviridir.
O, 2013-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışır. 2006-2012-ci illərdə o, Təhlükəsizlik Şurası katiblərinin - İqor İvanov, Valentin Sobolev, daha sonra Nikolay Patruşevin köməkçisi olub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR