Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81567
az

Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparklar yaradılır

13:4701 Fevral, 2023
113
CƏMİYYƏT
  • A

Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.

Oxu24.com  xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O, qeyd edib ki, ötən il fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir: "Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub".

Z.Dibirov bildirib ki, eyni zamanda aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir: "Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi jurnalist vəfat edib
Telegram-da yeni funksiyalar var
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ