Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81536
az

Dələduzluq etməkdə təqsirləndirilən qadının istintaqı başa çatıb

09:2801 Fevral, 2023
111
KRİMİNAL
  • A
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Gülnarə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Oxu24.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Cinayət işi üzrə 6 zərərçəkmiş tanınır. Qeyd edək ki, bir neçə il əvvəl Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Aytən Hafiz qızı Musayeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 180 minlik dələduzluğa məruz qaldığını bildirib. O, həmin pulları 2019-cu ilin dekabrda G.Mirzəyevanın aldadaraq aldığını söyləyib. Araşdırmalarla məlum olub ki, barəsində şikayət edilən şəxs G.Mirzəyeva qızıl alveri ilə mşğul olub. O, həmin pulu Aytən Musayevadan sələmə götürdüyünü deyib. Zərəçəkmiş isə sələmə pul verməsi iddiasını qəbul etməyib. Daha sonra G.Mirzəyeva cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham elan olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı