Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81507
az

Polis əməkdaşının xidmətdən xaric edilməsi halları hansıdır?

18:2231 Yanvar, 2023
583
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardımını  davam etdirir.

Bu dəfə təqdim etdiyimiz  mövzu  polis əməkdaşının xidmətdən xaric edilməsi halları  ilə  bağlıdır.

Polis Haqqında Qanuna  əsasən bu barədə 34-cü maddədə  bu haqda  bəhs  edilir.

I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:

1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;

2) and içməkdən imtina etdikdə;

3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;

4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;

5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;

6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda;

7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;

8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 

9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 

10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;

11) ştatlar ixtisar edildikdə;

12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;

13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. 

II. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər.

III. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

IV. Vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən polis әmәkdaşları daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Polisi 106 yaşında

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi