Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81476
az

Ağdaş polisi əməliyyat keçirib, 5 nəfər saxlanılıb

09:4431 Yanvar, 2023
97
KRİMİNAL
  • A

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyat nəticəsində isə usta kimi işlədiyi evdən müxtəlif məişət əşyaları və evdəki qapıları oğurlayan Zaur Abidov tutulub. Araşdırma zamanı saxlanılan şəxsin evdə heç kimin olmamasını fürsət bilərək oğurluq etdiyi və həmin əşyaları ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə satdığı məlum olub.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini- əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı