Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81393
az

İsrail İranda niyə nüvə yox, dron mərkəzini vurdu?

16:1729 Yanvar, 2023
192
DÜNYA
  • A

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərləri ilə izah edirlər.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin İrana hava zərbələri endirməsi haqda yayılan məlumata münasibət bildirərkən deyib.

"Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu, Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub", - o bildirib.

Qeyd edək ki, "Əl-Ərəbiyə" İsrail PUA-larının Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub