Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81362
az

İsrail Ukraynaya gizli yardım etdiyini etiraf edib

17:2828 Yanvar, 2023
127
DÜNYA
  • A

Oxu24.com xəbər  verir  ki, İsrailin Almaniyadakı səfiri Ron Prosor “Ostthuringer Zeitung” qəzetinə müsahibəsində deyib ki, İsrail “pərdəarxası” Ukraynaya ictimaiyyətə məlum olduğundan daha geniş miqyasda yardım edir.

 

Prosorun sözlərinə görə, bu, İsrail tərəfindən göstərilən yardımın yalnız bir hissəsidir.

 

“İsrail ordusu mütəmadi olaraq İrandan Suriya və Livana silah, o cümlədən Rusiyanın Ukraynada istifadə etdiyi İran pilotsuz təyyarələri və raketlərin tədarükünə mane olur”, - deyə diplomat bildirib.

 

O, etiraf edib ki, İsrail nə İranın pilotsuz təyyarələrinin axınına mane ola, nə də açıq hərbi yardıma keçə bilər.

 

“O qədər də asan deyil. Ruslar Suriyadadır. Bundan əlavə, bizim Rusiyada böyük bir yəhudi icması var. Bu, bizim məsələlərə ehtiyatlı  yanaşmağımız  üçün iki əsas səbəbdir”, -  deyə Prosor bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ