Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81337
az

Polşa - Azərbaycan oyununun məkanı açıqlanıb

13:2128 Yanvar, 2023
371
İDMAN
  • A
Futzal üzrə Azərbaycan millisinin 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa ilə səfər oyununun məkanı müəyyənləşib. Federasiyadan Oxu24.com-a verilən məlumata görə, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu, VI qrupun sonuncu görüşü olacaq. Martın 7-də təşkil olunacaq matçın başlama saatı hələ açıqlanmayıb. Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Qeyd edək ki, əsas mərhələdə artıq 2 oyun keçirən Azərbaycan millisi maksimum xalla turnir cədvəlinə başçılıq edir. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstanı hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti Azərbaycandan alıb. Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə Azərbaycan millisinə heç-heçə də sərf edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ