Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81284
az

Gürcüstan öz PUA-larını sınaqdan keçirib

10:4727 Yanvar, 2023
113
DÜNYA
  • A

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Müdafiə Nazirliyinin rəhbərliyi ilə birlikdə Polşa tərəfi ilə birgə istehsal olunmuş pilotsuz uçuş aparatlarının ilk sınaq sınaqlarının keçirilməsində iştirak edib.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

“Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan-Polşa müəssisəsində istehsal olunan pilotsuz uçuş aparatlarının sınaq uçuşunda iştirak edib. Döyüş və kəşfiyyat pilotsuz uçuş aparatları sınaq uçuşunu uğurla həyata keçirib", - deyə rəsmi açıqlamada qeyd  edilib.


Sınaq uçuşları “Warmate” kamikadze pilotsuz uçan aparatı və “FlyEye” kəşfiyyat aparatı ilə həyata keçirilib.

Warmate, hədəfi məhv etməkdə yüksək effektivliyə və dəqiqliyə malik olan, gəzən bir təyyarədir. Bu PUA müxtəlif döyüş başlıqlarını daşıya bilir.

FlyEye çətin meteoroloji şəraitdə, eləcə də elektron hücum zamanı kəşfiyyat missiyalarını yerinə yetirə bilir. Dron məlumatları qəbul edir, təhlil edir və sonra real vaxt rejimində yerə ötürür.

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin sözlərinə görə, bu PUA-ların kütləvi istehsalına apreldə başlanılması planlaşdırılır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astana küçələrinə hərbi texnikalar yerləşdirilib
Hindistanda dini toplantıdakı izdihamda ölənlərin sayı açıqlandı
Bayden Netanyahu ilə görüşəcək

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı