Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81229
az

İran sanksiyalara belə cavab verdi

18:4225 Yanvar, 2023
164
DÜNYA
  • A

 İranın  Aİ və Böyük Britaniyada yerləşən 30 fiziki şəxs və 4 təşkilata sanskiya tətbiq edib.

Oxu24.com xəbər  verir  ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Tasnim agentliyi məlumat yayıb.

Sənədə əsasən, sanksiyalar Brüssel və Londonun sanksiyalarına “cavab olaraq” tətbiq edilib.

Siyahılara Aİ ölkələrindən 22 fiziki şəxs və 3 təşkilat, həmçinin Böyük Britaniyadan 8 fiziki şəxs və bir təşkilat daxildir.


Xüsusilə Paris meri Ann İdalqo, Fransanın “Charlie Hebdo” satirik jurnalının baş redaktoru Jerar Biard və nəşrin direktoru Loran Sourisseau, bir sıra Avropa Parlamentinin deputatları, həmçinin Yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasını nümayiş etdirən İsveçin "Hard Course" ekstremist sağçı Rasmus Paludan partiyası daxildir.

Sanksiyalar həmçinin Paris yəhudi icmasının radiostansiyasına (Radio J) və Almaniyanın Heberger tikinti şirkətinə də şamil edilib. Sonuncu İraqda kimyəvi silah istehsal edən zavodların tikintisində iştirak etməkdə ittiham olunur.

Britaniya tərəfdən siyahıya İngiltərə və Uelsin baş prokuroru (vəkil) Viktoriya Prentice və onun müavini Maykl Tomlinson, həmçinin Britaniya kəşfiyyatının keçmiş rəhbəri Riçard Dirlov, krallığın kəşfiyyat xidmətinin keçmiş baş direktoru ( MI6) Alex Younger və Britaniya Baş Qərargahının hazırkı rəisi Patrik Sanders daxil edilib.

Bundan əlavə, Tehran beynəlxalq siyasəti öyrənən Britaniya Henri Cekson Cəmiyyətinə də sanksiyalar tətbiq edib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Belarusda keçirilən paraddan imtina edib
NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir
Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı