Hollandiya Almaniyadan aldığı 18 ədəd "Leopard 2" tankını geri ala və tank koalisiyasının bir hissəsi olaraq Ukraynaya verə bilər.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, bunu “Frankfurte Allgemeine Zeitung” qəzetinə müsahibəsində Hollandiyanın baş naziri Mark Rutte deyib.
“Biz onları icarəyə götürmüşük, yəni biz onları ala bilərik, aldıqdan sonra onu Ukraynaya pulsuz da verə bilərik”, deyə o bildirib.
Ukraynanın Qərb tanklarına ehtiyacı olduğunu anladığını vurğulayan Rutte eyni zamanda əlavə edib ki, belə bir addım ancaq Finlandiya və Portuqaliya kimi digər ölkələrlə koordinasiyada məna kəsb edir.
Daha əvvəl xəbər verildiyi kimi, Almaniya kansleri Olaf Şolz uzun müzakirələrdən sonra Ukraynaya "Leopard 2" döyüş tankları tədarük etmək qərarına gəlib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR