Balakəndə qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Talalar kəndi ərazisində ağcaqayın və akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini Osman Sonalov saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR