Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81158
az

Səddam Hüseynin 25 milyonluq yaxtası haradadır? - FOTOLAR

18:2523 Yanvar, 2023
752
ÖZƏL BÖLÜM
  • A

Uzun illər İraqa rəhbərlik edən Səddam Hüseynin sifarişi ilə inşa edilən 82 metrlik “Bəsrə Esintisi” adlı yaxtadan son illərdə araşdırma mərkəzi kimi istifadə edilir.

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki,yaxtasını 25 milyon dollara tikdirən Səddamın 1981-ci ildən tərsanədən çıxarkən dəfələrlə əl dəyişdirməsi, hətta yaxtaya ayaq basmaması da maraqlı bir detaldır.

İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.

Səddam Hüseynin 82 metrlik “Basra Breeze” super yaxtasından  alimlər  dəyişən Fars körfəzini araşdırmaq üçün istifadə edirlər.

   

 

Yaxtanın hazırkı kapitanı Hüseyn Qazi Xəlifə onun qiymətinin indi  dörd dəfə baha olacağını bildirib.

   
Səddam Hüseyn İranla müharibə səbəbindən yaxtadan həzz ala bilmədi və yaxta illərdir Omanda lövbərdə qaldı. 1980-ci illərin ortalarında Səddam Hüseyn onu Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd bin Əbdüləzizə hədiyyə etdi. Yaxta daha sonra Kayman adaları şirkətinin mülkiyyətinə keçməzdən əvvəl daha bir neçə dəfə əl dəyişdirdi. Səddam Hüseynin edamından sonra Kayman adaları şirkəti 2007-ci ildə yaxtanı satmağa çalışsa da, onun hələ də qanuni olaraq İraq gəmisi olduğunu təsdiqləyən sənədlər tapılıb. Çətin hüquqi mübarizədən sonra İraq hökuməti mülkün sahibi olduğunu sübut etdi.

  

 

Əvvəlcə “Kadidiye Yaxtası” adlanan “Bəsrə Breeze” 2010-cu ildə dövlət mülkiyyətində olan Bəsrəyə gəlib, lakin çox az istifadə olunub. 2014-cü ildə universitetin professorları hökuməti yaxtadan tədqiqat donanmasının bir hissəsi kimi istifadə etmələrinə icazə verməyə inandırdılar. Missiyalar İraq sahillərində yeni yaranmış mərcan rifləri ətrafında suyun keyfiyyətini və dəniz həyatını öyrənmək üçün həyata keçirilib.

   

Basra Breeze tikintisi zamanı mövcud olan bütün superyaxta qurğuları ilə təchiz edilmişdir; o cümlədən mərmərlə döşənmiş vanna otağı, çoxsaylı qonaq otaqları və möhtəşəm prezident dəsti. Superyaxtanın interyeri İraq alimləri üçün dəyişdirilib, lakin orijinal dekorasiyanın çox hissəsi hələ də qalmaqdadır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı