Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81154
az

Xankəndidən gizli şəkildə iki avtoritet necə çıxarılıb? - VİDEO

18:1123 Yanvar, 2023
162
CƏMİYYƏT
  • A

Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir: bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb, lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən hansı formada keçirildiyi qeyd olunmur.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi fonunda bu iddianın real olması mümkündür və qanuni oğruların hansı formada keçə biləcəyi ehtimallarını da önə çıxarır:

- sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər;

- təcili tibbi yardım avtomobilində "ağır xəstə" adı ilə çıxa bilərlər;

- sülhməramlıların yük avtomobillərində gizlənərək, gedə bilərlər.

Hər üç versiya istisna deyil, hərçənd, "ağır xəstə" adı ilə çıxarılmaları daha çox mümkün görünür. Çünki aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan "ağır xəstə" aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır. Böyük ehtimalla erməni "qanuni oğru"lar "ağır xəstə" adı ilə təcili tibbi yardım avtomobilində keçə biliblər.

Xəstələrin aparılması prosesində əsas işi Qırmızı Xaç Komitəsi həyata keçirir. Kriminal avtoritetlərin keçidindən komitənin məlumatlı olub-olmadığını demək çətindir, lakin onlar öncədən "ağır xəstə" olaraq "qeydiyyata" da düşə bilərlər.

Qeyd: Zəruri olaraq xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 45 "ağır xəstə"nin İrəvana aparıldığını bildirib. Ermənistan Səhiyyə Nazirliyi isə İrəvana gətirilən ağır xəstələrdən 42-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb, xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan 3 "ağır xəstə" haqda məlumat verilmir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı