Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81132
az

Vasif Talıbovun Konstitusiyaya məhəl qoymadan təyin etdiyi hakimlərin SİYAHISI

14:4223 Yanvar, 2023
164
CƏMİYYƏT
  • A


Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri olan zaman öz yaxın adamlarını hakim vəzifəsinə təyin edərkən Konstitusiyanın tələblərinə əməl etməyib.

OXU24.COM  musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanununun 93-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Amma Vasif Talıbovun kadrlarına Konstitusiyanın tələbləri keçərli deyilmiş.

Çünki Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 44-cü maddəsinin VI bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Aşağıda adlarını qeyd edəcəyimiz hakimlərin iş təcrübəsi 5 il yox, 4 il hesablanıb. Onlar hakim təyin edilərkən Konstitusiyanın tələbinə əsasən hüquqşünas ixtisası üzrə 5 il iş təcrübəsinə malik olmalı idilər.

Bu barədə vahid məhkəmə portalında da məlumat əldə etmək mümkündür.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin sədri Məmmədov Hüseyn Məmməd oğlu Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib. Amma 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin sədri Həsənov Polad Vəli oğlu isə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin 2005-ci ildə bitirib. Cəmi 3 il sonra Culfa Rayon Məhkəməsinə hakim təyin edilib.

Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğlu da Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi 2000-ci ildə bitirib. 2003-cü ildə Şərur Rayon Məhkəməsinin hakimi təyin olunub.

Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğlu 2010-cu ildə hüquq fakültəsini bitirib. 2013-cü ildə hakim olub.

Qeyd edək ki, bütün bu məlumatlar vahid məhkəmə portalında yer alır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil