Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81122
az

Atası intihar edəndə, uşaq da evdə olub

10:2223 Yanvar, 2023
156
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, Bakıda ər arvadını bıçaqladıqdan sonra intihar edib. Fövqəladə Hallar Nazirliyi də sözügedən hadisə ilə bağlı məlumat yayıb.

Belə ki, ötən gün axşam saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, dərhal əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Atəş Cuvarov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd edib, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək canına qıyıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ
Aynur Bayramova da həbs edildi, məhkəmədə dava düşdü
Baş Prokurorluq açıqlama yaydı: Vəzifəli şəxslər həbs olunub +ADLAR

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ