Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları ilə bağlıdır.
Bununla bağlı Konsitutsiyanın 67-ci maddəsində bəhs olunur.
I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR