Vatsapda yeni funksiya hazırlanıb.
Oxu24.com xəbər verir ki, “WhatsApp” messencerində proqram yeniləməsinin təsvirinə əsasən, indi özünə mesaj göndərmək imkanı var.
“Özünüzlə yazışmalar üçün çat yaradın, burada cihazlar arasında sinxronlaşdırılan qeydləri və xatırlatmaları saxlamaq rahat olacaq”, - deyə tərtibatçılar bildiriblər.
Qeyd olunur ki, indi proqramda çatda tarixə görə axtarış edə bilərsiniz və yeni məxfilik parametri əlavə edilib: indi onlayn statusu kimin görə biləcəyinə qərar verə bilərsiniz.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR