İsrail Aerospace Industries dövlət şirkəti ABŞ Müdafiə Nazirliyindən optik idarə olunan hibrid raket olan yeni "Point Blank" kamikadze dronunun hazırlanması və təchizatı üçün müqavilə alıb.
Oxu24.com xəbər verir ki, bu barədə United Press International məlumat yayıb.
Nəşrin məlumatına görə, pilotsuz uçan aparatı əsgərin bel çantasında daşımaq və bir əllə atmaq olar.
Point Blank müxtəlif hədəflərə real vaxt rejimində "yüksək dəqiqlik və yüksək ölümcüllük, dəstəyə ehtiyac olmadan" hücum edə bilər.
IAI-nin icraçı vitse-prezidenti Qay Bahr bildirib ki, pilotsuz təyyarə yerüstü taktiki qruplara dəqiq hücum əməliyyatları üçün yeni imkanlar verəcək.
Point Blank-ın çəkisi 6,8 kq və uzunluğu təxminən bir metrdir. O, 450 metrdən çox hündürlükdə maksimum 286 km/saat sürətlə uça bilir.
IAI-nin məlumatına görə, dron hədəfin üzərində hərəkət edə və real vaxt rejimində müşahidə funksiyalarını yerinə yetirə bilər.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR