Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə daha 600 Brimstone dəqiq idarəolunan raketin təhvil verildiyini açıqlayıb,
Oxu24.com xəbər verir ki, bu barədə Reuters yazıb.
Uolles Estoniyada ölkələrin müdafiə nazirləri ilə görüşdə deyib: "Mən sizə deyə bilərəm ki, biz daha 600 Brimstone raketini əməliyyatlar meydanına göndərəcəyik. Onlar Ukraynaya döyüş meydanında hökmranlıq etməyə kömək edəcəklər".
Dekabrın ortalarında Britaniya hakimiyyət orqanları artıq Ukraynaya Brimstone-2 raketlərinin bir partiyasını göndərdiklərini açıqlamışdı. Baş nazir Rishi Sunak bildirib ki, 2023-cü ildə Böyük Britaniya Ukraynaya yardımın həcmini artıra bilər. Nəticədə yanvarın 14-də Böyük Britaniyanın hakimiyyət orqanları 12 “Challenger 2” tankının Kiyevə təhvil verildiyini açıqlamışdı.
Eyni zamanda ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Patrik Sanders bildirib ki, tankların Kiyevə verilməsi Britaniya ordusunu zəiflədəcək.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR