Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80966
az

İran və AİB azad ticarət sazişi imzalayıb

21:1319 Yanvar, 2023
112
DÜNYA
  • A

İran və Avrasiya İqtisadi Birliyi (AİB) arasında azad ticarət haqqında saziş imzalanıb.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, sazişi İran tərəfdən sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Ticarətin İnkişafı Təşkilatının rəhbəri olan Əlirza Peymanpak, AİB-dən isə ticarət naziri Andrey Slepnyov imzalayıb.

Ə.Peymanpak bu sazişin imzalanmasının İran və AİB ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını asanlaşdıra və sürətləndirə biləcəyini qeyd edib.

O əlavə edib ki, rəsmi Tehran kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə ərzaq təhlükəsizliyi sahəsində tədbirlər görməyə hazırdır.

A.Slepnyov isə öz növbəsində AİB üzvlərinin İranla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, İran Rusiya və digər AİB üzvü olan ölkələrin yaxın müttəfiqidir və müvəqqəti güzəştli ticarət sazişi İranla iqtisadi əməkdaşlığın genişlənməsinə səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü