Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Belə ki, şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədi ilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan 1 kq-dan artı narkotik maddə olan “heroin” və 2 kq-a yaxın narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan ola 2 bükümdə narkotik maddə “heroin” aşkar olunub.
Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan isə külli miqdarda “tiryək” aşkar olunub.
Bundan başqa Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Ərəbli” su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd “Makarov” tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca” 1 ədəd “PSM” markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR