Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80901
az

Ər-arvad etibarnaməsiz maşın sürə bilər? RƏSMİ CAVAB

22:5018 Yanvar, 2023
394
HÜQUQ
  • A

Bir müddət öncə Azərbaycanda ər və ya arvaddan birinə məxsus avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı.

Oxu24.com xəbər  verir   ki,“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı ekspertlər bildirirdi ki, nikah şəhadətnaməsi ər-arvadın bir-birinin adına olan avtomobili idarə etməsi üçün kifayətdir və buna görə yol polisi cərimə yaza bilməz.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli isə bildirirdi ki, polis Ailə və ya Mülki Məcəlləsi ilə deyil, yol hərəkəti haqqında qanunauyğun şəkildə müvafiq durumda cərimə protokolu yazmaq hüququna malikdir.

 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Qanunvericilik Baş İdarəsindən bildirildi ki, İnzibati xətalar Məcəlləsinin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir:

“Eyni zamanda həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilib”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ ATACMS-i əvəz edəcək yeni raketi sınaqdan keçirib
Anar Bağırovun rəhbərliyi ilə ali təhsil müəssisələrində magistr dissertasiyalarının müdafiəsi keçirilib
Cinayət prosesində yetkinlik yaşına çatmamış şahidin dindirilməsi hansı qaydada olur? - Hüquqi yardım

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM