Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80886
az

Taksi sürücüsündən əxlaqsız təklif alan qadın: "Aqressiv danışsaydım başıma oyun açardı" - VİDEO

20:2818 Yanvar, 2023
121
CƏMİYYƏT
  • A

Ötən gün "Uber" taksi xidmətindən istifadə edən xanım sərnişinlərdən biri əxlaqsızlığa məruz qalıb.

OXU24.COM  Baku.ws-ə istinadla xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra 1972-ci il təvəllüdlü taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Onun barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, sosial mediada geniş müzakirə obyektinə çevrilən hadisə ilə bağlı xanım sərnişini qınayanlar da olub. Onun taksi sürücüsü ilə mülayim danışması birmənalı qarşılanmayıb.

Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım onu qınayanlara cavab verib: "Siz mənim yerimdə olsaydınız, o maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım maşını başqa yerə sürüb başıma oyun açardı.

Nə qədər düşüncəsiz zəif insanlarsınız ki, buna nə ad qoyursunuz. Rəvac verən insan heç vaxt video çəkiliş edib ictimailəşdirməz.

Az da olsa bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər".

Taksidə baş verən əxlaqsız durumla bağlı "Uber" şirkəti də reaksiya verib: "Yaranmış hadisə barəsində xəbərdarıq və müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və servis bu barədə lazım olan tədbir görüb"

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü