Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80875
az

Balla Qarışdırıb 7 Gün Yeyin! - QƏDİM SOVET RESEPTİ

18:4718 Yanvar, 2023
877
TİBB
  • A

Bu qarışım ən bahalı dərmandan belə güclüdür. Orqanizmi möhkəmləndirən, təbii antbiotik axtarırsınızsa, ekrana yaxın əyləşin. Sizə bal və sarımsaqdan hazırlanan çox güclü bir dərmanın reseptini verəcəm. Əminəm ki, çox işinizə yarayacaq. Diqqət ekrana!

Sarımsaq Vitaminlər və mikroelementlərlə zəngindir.  Onu bala qatanda isə orqanizm üçün əvəzsiz vasitə əldə etmiş oluruq. Buyrun, Sarımsaq və bal qarışımının faydaları bunlardır:

Qanı zənginləşdirir. Sarımsaq mədəyə düşərkən  mədə şirəsinin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Keyfiyyətli mədə şirəsi isə orqanizmin qidadakı dəmiri düzgün mənimsəməsinin təminatıdır. Bundan əlavə, sarımsağın vitamin və minerallarla zəngin olmasını da unutmamalıyıq.  Başqa sözlə, sarımsaq yeməklə öz qanınızı faydalı elementlərlə zənginləşdirirsiniz. Sarımsaq və bal qarışımı qanda pis xolesterinin və triqliseridlərin səviyyəsini azaldır.  Beləcə, trombların əmələ gəlmə riski də aşağı düşür.

Dərini qidalandırır.  Sarımsaq güclü antioksidantdır.  Həmçinin, hüceyrələrin regenerasiyasını sürətləndirir. Sağlam hüceyrələr parlaq və təravətli dərinin təminatçısıdır.  Və siz heç bir kimyəvi kosmetik məhsul olmadan, sarımsaq-bal qarışımından istifadə etməklə uğurlu nəticələrə nail olacaqsınız.

Viruslardan qoruyur. Sarımsaq və bal-ikisi də ayrı-ayrılıqda immunitetin möhkənlənməsinə xidmət edirlər. Mikroblardan, viruslardan və bakteriyalardan  qorunmaq üçün sarımsaq-bal qarışımını seçsəniz, peşman olmazsınız. İmmun sisteminin güclü olması daha böyük problemlərdən, məsələn; xərçəngdən qaçmaq üçün yeganə şansdır.

Artıq çəkidən qurtulmağa kömək edir. Şirinliyinə baxmayaraq, bal çox faydalı və əvəzsiz qidadır. Acqarına sarımsaq və bal qarışımından qəbul etsəniz, iştahınız küsəcək. Nəsə yemək haqqında daha az fikirləşəcəksiniz. Stress əleyhinə vasitə olan sarımsaq-bal qarışımı bu sayədə orqanizmin rahatlanmasını da təmin edir. Rahat orqanizm aclıq hissini gec duyur.

Ağrıkəsici və iltihab əleyhinə vasitədir. Tez-tez başınız ağrıyırsa, balı rasionunuza daxil etməkdə gecikməyin. Onun möhtəşəm ətri sizi sakitləşdirəcək. Beləcə, daha az sakitləşdirici preparatlar qəbul edəcəksiniz.

Gümrahlıq verir. Hər kəsin “uzun gün” adlandırdığı günləri olur. Gərgin iş rejimi, həll olunmayan problemlər və sair... Belə hallarda insan özünü güvənsiz və yorğun hiss edir. Hazırda dünyada enerji içkilərinin rekord sayda satılmasının bir səbəbi məhz enerji axtarışıdır. Şokolad isə ən asan seçimdir. Amma artıq enerji içkilərini də, şokoladın da həddən artıq qəbulunun zərərli olduğunu bilirik. Səhər acqarına qəbul edilən sarımsaq-bal qarışımı sizə yeni gün üçün lazımi enerjini verəcək və heç bir əks təsiri olmayacaq.

Sarımsaq-bal qarışımının qəbul edilməsi.

Resept olduqca sadədir.  15 diş sarımsaq, 1 stəkan bal və 1 şüşə qab götürün.  Sarımsağın qabığını soyun. Balı şüşə qaba tökün. Bal xarlayıbsa, buxar vannası vasitəsilə əvvəlki halına qaytara bilərsiniz.  Sarımsağı xırda-xırda doğrayın və bala qatın. Arzu edənlər az miqdarda limon şirəsi də əlavə edə bilərlər.  Qabın ağzını bağlayın və  1 həftə qaranlıq yerdə saxlayın. Soyuducuya qoymaq olmaz, yoxsa bal sürətlə xarlayar.  Hazır olduqdan sonra hər gün acqarına 1 xörək qaşığı sarımsaq-bal qarışımı qəbul edin.  Proseduru 7 gün təkrarlayın.  

İndi də sizə balın faydası barədə məlumat verək:

Bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır. 

Arıqlamağa kömək edir.

Xolesterolu normallaşdırır.

Yaddaşı yaxşılaşdırır.

Ürək xəstəlikləri riskini azaldır. Balın tərkibindəki antioksidantlar ürək damarlarını genişləndirir və bununla da qan laxtalanması halının qarşısını alır.

Yuxunu gücləndirir.

Mədə ağrılarına faydalıdır.

Sinir gərginliyini azaldır.

Bal öskürəyi azaldır və öskürək səbəbilə uşaqlarda itirilən yuxu keyfiyyətini bərpa edir.

Bal qandakı antioksidant miqdarını artırır, antioksidantlar isə orqanizmdə infarkt, insult və ya bəzi xərçəng növləri riskini azaltmağa kömək edir. Eyni zamanda, göz sağlamlığına xeyirdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ