Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80856
az

“Şeytan yuvası”nda Bakıya qarşı şok plan - komandoslar dərhal işə qarışacaq!

14:4718 Yanvar, 2023
610
ÖZƏL BÖLÜM
  • A

Erməni revanşist-separatçılar üçün ilin ilk “soyuq duş”u Fransadan gəldi, davamı da olacaq; Qarabağda növbəti seçki tamaşası və...

Təzə ilin ilk ayı da ötən dekabr kimi ermənilər üçün pis xəbərlərlə əlamətdar oldu. Ən mühümü odur ki, bu xəbərlər özündə həm də 2023-cü ilin Ermənistan və oyuncaq qurum üçün çox kritik keçəcəyinin aydın siqnallarını daşıyır. Revanşist-separatçılara ünvanlı belə siqnallardan biri Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyasının sədri Yael Bron Pivenin İrəvan səfəri zamanı çatdırıldı.

Madam Pive az qala erməniləri qəzəbləndirəcək formada bəyan elədi ki, Fransa parlamentinin qərarına rəğmən, onun ölkəsi nə Qarabağın “müstəqilliyini” tanımağa, nə də Azərbaycana sanksiya tətbiq eləməyə hazırlaşır və bu məsələdə beynəlxalq birliklə eyni mövqeni paylaşır, ümumiyyətlə, “status Fransanın həll eləməli olduğu mövzu deyil, tərəflərin öz işidir”.

Yəni ki, gedin Azərbaycanla özünüz dil tapın, anlaşın, biz də danışıqlara dəstək verək. Fransaya bel bağlamayın, öz zibilinizi bizə yük eləməyin. İstisna deyil ki, xanım Pive elə Ermənistana rəsmi Parisin bu mesajını çatdırmaq üçün gəlmişdi...

Fransa yüksək çinli yetkilisinin bu cəsarətli açıqlamasını (yaxşı ki, onu İrəvanda linc eləmədilər, ancaq erməni lobbisinin Piveyə “sürprizi” mümkündür) yeni ilin erməni revanşist-separatçılar üçün ilk “soyuq duş”u saymaq olar.  Çünki söhbət ermənilərin dünyadakı 1 nömrəli havadarı, ən çox ümid bəslədikləri, gecə-gündüz təriflədikləri, erməni lobbisinin isə ən güclü olduğu bir dövlətdən gedir.

 

Bəs “əzabkeş xalq” heç olmasa, bu faktdan nəticə çıxaracaqmı, dərs götürəcəkmi? O anlamda ki, müharibə istəmirsə, İrəvan vaxt itirmədən Baklı ilə sülh müqaviləsi imzalamalıdır. Ermənistanın əsas himayədarının rəhbər şəxslərindən birinin yuxarıdakı etirafları, görəsən, erməni siyasi elitanı belə bir sadə məntiqə yönəldə biləcəkmi ki, kapitulyant ölkənin varlığının əsas şərti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq və Bakı və Ankaraya qarşı ərazi iddialarından imtinadır? Azərbaycan və Türkiyə ilə konkret, məzmunlu danışıqlara başlamağın zamanı yetişmədimi?

“Ermənistan rəhbərliyi Qərbi Avropanı köməyə çağırmaqla stavkanı səhv edib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə alman politoloq Valdemar Herdt Caliber.az-a açıqlamasında deyib.

“Mən bir dəfə Ermənistan televiziyasına müsahibəmdə təklif etdim ki, Qərbin köməyi sayəsində sülhə nail olan bir ölkənin adını çəksinlər. Yaxud Qərbi təmsil edən qüvvələrin müdaxiləsi ilə dayandırılan bircə münaqişə göstərsinlər. Təəssüf ki, Ermənistan iqtidarı başına gələnlərdən dərs götürmür və bu, çox üzücüdür. İstəməzdim ki, Paşinyan da digərlərinin səhvlərini təkrarlasın. Amma son 3 ildəki davranışı etibarilə o da eyni yolla gedir, ölkəsini firavanlığa aparmır”, - ekspert vurğulayıb.

Politoloqun sözlərinə görə, heç bir ambisiya bir nəfərin belə həyatına dəyməz: “Ona görə də vəziyyətin həllində maraqlı olmayan qüvvələri onun içinə cəlb etmədən, danışıqlar masası arxasına əyləşib Azərbaycanla məsələləri yoluna qoymaq lazımdır. Kənar qüvvələrə stavka problemə aldadıcı və yanlış yanaşmadır. Nə yaxşı ki, fransız siyasətçi (Bron Pive - red.) Ermənistan rəhbərliyini hansısa tələsik addım atmağa ruhlandıracaq heç bir "çəhrayı" vəd vermədi. Ümid edirəm ki, bu, onların başlarını bir az soyudacaq və konflikti diplomatik yolla həll etmək imkanı verəcək". Bu arada Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə separatçıların təzə “seçki” sevdasına düşdüyü məlum olub. Belə ki, uydurma “artsax parlamenti”nin qondarma spikeri Artur Tovmasyan Qarabağda “erkən parlament və prezident seçkiləri”nin keçirilməsinin zamanı olduğunu söyləyib.

Az-çox ağlı başında olan ermənilər isə bunun nə dərəcədə fəlakətli olduğu barədə artıq xəbərdarlıq ediblər. Misal üçün, erməni politoloq Qrant Mikaelyan hesab edir ki, o halda Azərbaycan hərbi vasitələrə əl atacaq.

“Hazırda Artsaxda növbədənkənar seçkilərin keçirilməsini təsəvvür etmək olduqca çətindir. Bu, Azərbaycanın siyasəti və 2020-ci il müharibəsinin nəticələri ilə bağlıdır. Bakı Artsaxdakı seçkilərə hələ "təhlükəsizlik zolağı"nın mövcud olduğu illərdə çox kəskin reaksiya verib. İndi seçkilərin keçiriləcəyi təqdirdə Azərbaycanın hərbi hücumu istisna edilmir. Bu mənada seçkilər özündə çox ciddi riskləri ehtiva edir. Bu barədə danışmağın zamanı deyıl. Erkən seçkilər müharibəyə gətirib çıxara bilər, xüsusən də nəzərə alsaq ki, bu gün Azərbaycan öz hərbi resurslarını toplayır və istənilən əlverişli məqamdan istifadə edəcək", - , - deyə o separatçıları xəbərdar edib.

Rusiya Azərbaycan-Türkiyə tandemi ilə ehtiyatlı davranmalıdır - ÇÜNKİ...

Qeyd edək ki, 44 günlük müharibədən sonra “anklav”da hələ ki seçki tamaşası oynanılmayıb.

Əlbəttə ki, 2-ci Qarabağ savaşından sonra separatçı-quldurların ilk “seçki” cəhdi ilə bağlı rəsmi Bakı ən əvvəl oradakı Rusiya hərbi komandanlığına çağırış etməlidir ki, onların özfəaliyyəti və təxribatını dərhal önləsin. Yəqin ki, ediləcək də. Nəticə olmazsa, onda Azərbaycan hərbi xarakterli tədbirə əl ata bilər. Bu bizim suveren haqqımızdır. Çünki ərazimizdə hər hansı səviyyəli seçki yalnız Azərbaycan qanunları əsasında reallaşa bilər.

Rəsmi Bakının radikal kontr-tədbirinə isə Putinin imzası duran 22 fevral (2022) Moskva bəyannaməsi əlavə əsas yaradır. Həmin sənədin 11-ci bəndini xatırlatmaq yetər. Orada deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Yaxud 18-ci bənd: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər” (yəni əslində separatçıları bizdən öncə general A.Volkov yerində oturtmalıdır!)

Odur ki, ermənilərin tək yolu ağıllı olmaq, Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsi ilə yaratdığı yeni gerçəkliklə barışmaqdır. Təcili və qeyd-şərtsiz!..

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi