Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80851
az

Rayondan Bakıya işləmək üçün gələnlər paytaxtdan çıxarılacaq? - Rəsmi cavab

13:4118 Yanvar, 2023
726
ÖZƏL BÖLÜM
  • A
Son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər.
 
Oxu24.com  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Xəzər TV-yə deyib ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir.
 
O əlavə edib ki, bölgələrdə qeydiyyatda olan və işləmək üçün Bakıya üz tutan şəxslərin aşkarlanaraq şəhərdən çıxarılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR
"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" (FOTO+VİDEO)
"Murov Qartalı" Raquf Orucov - Komandirsiz keçirilən doğum günü

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi