İnternetdə onlayn oyun zamanı bir oyunçu Amerikanın F-16A qırıcısı haqqında məxfi məlumatı yayımlayıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, F-16 ilə bağlı sızma həqiqi hərbi texnika nümunələrinin yenidən yaradıldığı onlayn oyunun fan forumunda baş verib.
Oyunçu F-16A qırıcısı ilə bağlı məxfi məlumatları açıqlayıb
Oyunda görünən F-16A-nı müzakirə edən istifadəçilərdən biri mübahisədə qalib gəlmək üçün Pentaqonun məxfi sənədlərini yerləşdirib. Bu sənəddə qırıcının hansı raketlərdən və necə istifadə etməsindən bəhs edilib.
Oyunçu bu sənədləri haradan əldə etməsi barədə ABŞ prokurorluğu araşdırmaya başlayıb.Axı onlara daxil olmaq üçün ABŞ hökumətindən icazə almaq lazımdır. Artıq sənədlər moderator tərəfindən forumdan çıxarılıb.
Bu, hərbi sənədlərin ilk sızması deyil. Keçən il eyni forumda Çindən olan bir istifadəçi tank mərmisi üçün gizli sxem yerləşdirmişdi. O, onlayn mübahisədə qalib gəldi, lakin Çin hərbi müstəntiqləri ilə danışdıqdan sonra bu oyunçunun taleyi hələ də məlum deyil.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR