Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80644
az

4 min ildən çox yaşı olan dəvəquşu yumurtası tapıldı

18:0615 Yanvar, 2023
762
MARAQLI
  • A

İsraildə qədim ocaq qalıqları ətrafında ən azı 4000 və 7500 ildən çox olmayan səkkiz dəvəquşu yumurtasının qalıqları aşkar edilib.

Oxu24.com  Ekspress-ə istinadən xəbər verir ki,nadir tapıntılar İsrail Qədim Əşyalar İdarəsinin arxeoloqları tərəfindən Qüdsdən təqribən 110 kilometr cənub-qərbdə, Negev səhrasında, Beer Milka yaxınlığında əkinçilik sahələrində mədən işləri apararkən aşkar edilib.

Dəvəquşu bir vaxtlar bu ərazidə erkən tarixdən əvvəlki dövrdə yayılmışdı, lakin 19-cu əsrin sonunda yoxa çıxdı.

Qazıntı direktoru Lauren Davis deyib: "Biz 500 kvadrat kilometrdən çox ərazini əhatə edən düşərgə tapdıq. Tarixdən əvvəlki dövrlərdən səhra köçəriləri tərəfindən istifadə olunurdu".

O, davam edir: "Bu yerdə biz yanmış daşlar, çaxmaq daşı və daş alətlər, gil qırıqları tapdıq - lakin dəvəquşu yumurtalarının bu kolleksiyası həqiqətən xüsusi tapıntıdır.

Bu düşərgələr tez bir zamanda təpələrlə örtüldü və yüz minlərlə il ərzində qumun hərəkəti ilə yenidən açıldı. Bu fakt yumurtaların müstəsna şəkildə qorunub saxlanılmasını izah edir ki, bu da vaxtilə burada yaşamış köçərilərin həyatına nəzər salmağa imkan verir”.

 

Tərcümə: Nigar 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da artıq daxili tərcüməçi var
Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI
Bioloqlar əyri onurğalı qəribə balıq tutdular

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi