Ukrayna ordusunun Rusiyanın "Vaqner Qrup" şirkətinin hücumunu dəf etdiyi anların İHA görüntüləri gündəmə gəlib.
Baş verənlərlə bağlı açıqlama yayan Ukrayna Dövlət Sərhəd Xidməti “Effektiv hava kəşfiyyatı döyüş meydanında uğurun açarıdır”, deyə rəsmi mövqe bildirib.
Oxu24.com xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin Telegram-da yayımlanan İHA görüntüləri Ukrayna ordusunun Rusiyanın “Vaqner Qrup” şirkətinin hücumunu necə dəf etdiyini ortaya qoyur.
Rusiyada yerləşən özəl hərbi şirkət Wagner Group Ukraynanın şərqində Soledar uğrunda gedən şiddətli döyüşün önündə gedir. Kreml üçün çalışan muzdlu döyüşçülərin əksəriyyəti Rusiya həbsxanalarından azad edilən məhbuslardır.
Videoda Ukrayna Dövlət Sərhəd Xidmətinin Vaqner Qrupunun döyüşçüləri kimi tanıdığı əsgərlərin PUA ilə izləndiyi görünür. Ukrayna tərəfinin məlumatına görə, videoda Ukrayna qüvvələri yüksək çaplı pulemyotla rus əsgərlərini geri sıxışdırmağa çalışır. Ukrayna ordusunun Türkiyə İHA və SİHA-ları ilə Rusiya ordusuna qarşı cəbhədə böyük üstünlüyə malik olduğu məlumdur.
Video rus qoşunları arasında bir sıra Ukrayna artilleriya mərmilərinin partlamasından və yerdə hərəkətsiz uzanan rus əsgərlərinin görünməsindən sonra bitir.
Tərcümə:Nigar
Oxu24.com
ŞƏRHLƏR