Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80450
az

Ukrayna Türkiyədən kaset sursatları alıb  - ABŞ mediası

20:3810 Yanvar, 2023
97
DÜNYA
  • A

Türkiyə Ukraynaya yeni silah-sursat satıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə  "Foreign Policy" jurnalı adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. 

 

Qeyd olunur  ki, Türkiyə ötən ilin sonlarında Ukraynaya kasetli artilleriya sursatları göndərməyə başlayıb.

 

Nəşrin məlumatına görə, əvvəllər Kiyev ABŞ-dan belə təchizat almağa cəhd göstərib.


Nəşr yazır ki, Türkiyə Ukraynaya ABŞ-la razılaşmaya əsasən Soyuq Müharibə dövründə bu ölkədə istehsal edilmiş qabaqcıl şərti ikili təyinatlı sursatları (DPICM) göndərir. Bu mərmilər tankları məhv etmək üçün nəzərdə tutulub.

Kasset silahları 2010-cu ildə qəbul edilmiş beynəlxalq konvensiya ilə qadağan edilib, lakin Ukrayna, Türkiyə, ABŞ və Rusiya ona qoşulmayıb.

Jurnal öz mənbələrindən birinə istinadən yazır: “ABŞ-ın Ukraynaya kaset sursatlarının tədarükünü rədd etdikdən sonra Türkiyə onları əldə edə biləcək yeganə yer oldu”.

Türkiyənin Vaşinqtondakı səfirliyi və Ukrayna Müdafiə Nazirliyi “Foreign Policy”nin kaset sursatlarının tədarükü ilə bağlı  xəbərinə  cavab verməyib.

Nəşrin müəllifləri yazır ki, Ukraynaya Donbassın açıq məkanlarında Rusiya maneələrini aşmaq üçün  digər silahlarla  yanaşı, kaset sursatlar da  lazımdır. Bundan əlavə, bu cür mərmilər gərgin döyüş şəraitində adi döyüş sursatlarının çatışmazlığını müəyyən dərəcədə kompensasiya edə bilər.

Amerikalı jurnalistlərin və insan haqları təşkilatlarının bildirdiyinə görə, Rusiya ordusu Ukraynaya hücumunda dəfələrlə kasetli sursatlardan istifadə edib və bu, mülki əhali də daxil olmaqla, xeyli itkilərə səbəb olub.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva kasetli sursatları qadağan edən konvensiyadan ölkənin çıxmasını təsdiqləyib
Belqorod vilayəti üzərində iki pilotsuz təyyarə məhv edilib
Ermənistan Belarusda keçirilən paraddan imtina edib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı