Rusiyada tetardan aktrisanın telefonu oğurlanıb.
60 yaşlı kişi Moskva teatrının soyunub-geyinmə otağından aktrisaların telefonlarını oğurlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Moskvada yaşlı oğru teatrın soyunub-geyinmə otağından aktrisaların telefonlarını oğurlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Arbat küçəsində yaxın xarici ölkələrinin birindən gələn, əvvəllər də məhkum olunmuş, şəxs teatr aktrisalarının telefonlarını oğurlayıb.
Teatrda olarkən kişi qapalı olmayan soyunub-geyinmə otağına girib və orada aktrisaların iki bahalı smartfonunu oğurlayıb. Telefonların ümumi dəyəri 132 min rubl (3102 manat) təşkil edib.
Qısa müddətdən sonra oğru müvəqqəti yaşadığı Moskva yaxınlığındakı Şerbinkada saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları xeyli miqdarda ziyan vurmaqla oğurluq maddəsi ilə cinayət işi açıblar.
Bundan əvvəl, dekabrın əvvəlində həmin şəxsin tüfənglə mağaza işçisinə hücum edərək telefonunu oğurladığı bildirilmişdi.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR