Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti çox pisdir və hətta videobağlantı vasitəsilə də məhkəmə iclasında iştirak edə bilmir.
Oxu24.com xəbər verir ki, bu barədə onun anası Giyuli Alasaniya deyib.
Saakaşvilinin anası onun vəziyyətindən danışıb.
"O, çox xəstədir! Bədənində zəhər var! Və zəhər bədəndən çıxarılana qədər onun başına hər şey gələ bilər!" , deyə anası mediaya bildirib.
Alasaniya əlavə edib ki, proses “bütün dünyada” izlənilir, lakin Saakaşvili səhhətinə görə hətta videobağlantı vasitəsilə də görüşdə iştirak edə bilməyəcək.
Gürcüstanın keçmiş prezidenti bankir Sandro Qirqvlianinin qətlində, deputat Valeri Gelaşvilini döyməkdə, müxalifətin aksiyasını dağıtmaqda, “İmedi” televiziya şirkətini zorla bağlamaqda və büdcəni mənimsəməkdə ittiham olunur.
Saakaşvili 2021-ci il oktyabrın 1-də ölkəyə qanunsuz daxil olduqdan sonra saxlanılıb, həbsdə olduğu bir il ərzində 30 kiloqram arıqlayıb və həkimlər onda birdən-birə 17 xəstəlik aşkar ediblər.
İndi siyasətçi Gürcüstan klinikalarında müalicə olunur, lakin onun qardaşı Giorgi Saakaşvili keçmiş prezidentin səhhətinin çox ağır olduğunu iddia edir. Saakaşvilinin müdafiəsi məhkəmədən müştərini xaricə müalicə üçün ölkədən çıxarmaq hüququnu almaq niyyətindədir.
Tərcümə: Miri Məcidli
Gürcüstanın keçmiş prezidenti bankir Sandro Qirqvlianinin qətlində, deputat Valeri Gelaşvilini döyməkdə, müxalifətin aksiyasını dağıtmaqda, “İmedi” televiziya şirkətini zorla bağlamaqda və büdcəni mənimsəməkdə ittiham olunur.
Saakaşvili 2021-ci il oktyabrın 1-də ölkəyə qanunsuz daxil olduqdan sonra saxlanılıb, həbsdə olduğu bir il ərzində 30 kiloqram arıqlayıb və həkimlər onda birdən-birə 17 xəstəlik aşkar ediblər.
İndi siyasətçi Gürcüstan klinikalarında müalicə olunur, lakin onun qardaşı Giorgi Saakaşvili keçmiş prezidentin səhhətinin çox ağır olduğunu iddia edir. Saakaşvilinin müdafiəsi məhkəmədən müştərini xaricə müalicə üçün ölkədən çıxarmaq hüququnu almaq niyyətindədir
Oxu24.com
ŞƏRHLƏR