Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80211
az

Molla rejimi geri çəkildi - 43 ildə ilk dəfə!

19:4305 Yanvar, 2023
206
CƏMİYYƏT
  • A

Tehrandakı molla rejiminin ali dini rəhbəri ilk dəfə olaraq İranda qadınların hicabsız yaşaya və gəzib - dolaşa biləcəklərini açıq şəkildə ifadə etdi.

OXU24.COM  bildirir ki, dünən Tehranda qadınlarla görüşündə İranın ali dini rəhbəri ayətullah Seyim Əli Xamneyi belə deyib.

"Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riyayət edilıməlidir.

Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz"...

Ayətullah Xamneyinin üstüörtülü açıqlaması əslində İrandakı molla rejiminin kütləvi etiraz aksiyaları qarşısında geri çəkilməsi, son 43 ildə ilk dəfə vətəndaşların tələblərini qismən də olsa, nəzərə almasıdır.

Sentyabr ayından bəri İranda genişmiqyaslı etiraz aksiyaları səngimək bilmir. Aksiyaların ən fəal iştirakçıları isə başlarındakı hicabı çıxararaq bir kənara atan iranlı xanımlardır.

Onlar hətta iyrənc və mənfur molla rejiminin atributlarından, simvollarından biri hesab etdikləri hicabları yandırırlar da

Xatırladaq ki, İranda 1979-cu ildəki İslam inqilabından sonra qadınların hicab taxmaları məcburi sayılırdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO