Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR