Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80109
az

Vasif Talıbovun biznesi çökür - Şirkətləri ard-arda məhkəməyə verilir

18:4004 Yanvar, 2023
179
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verdikdən sonra nəzarətində olan şirkətlərin də çöküşü başlayıb.

OXU24.COM  qaynarinfo-ya istinadən xəbər verir ki, Vasif Talıbovun istefasından sonra onun nəzarətindəki “Cahan Holdinq” və holdinqə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.

Məhkəmə çəkişmələrindən məlum olur ki, holdinq Vasif Talıbovun nüfuzundan yararlanaraq bir sıra şirkətlərlə bağladığı müqavilələrə əməl etməyib. İndi Vasif Talıbov əvvəlki gücdə və nüfuzda olmadığı üçün həmin şirkətlər hərəkətə keçiblər.

Vasif Talıbova məxsus olduğu bildirilən başqa bir şirkətdə də vəziyyət ürəkaçan deyil. Söhbət “Gəmiqaya Holdinq”dən gedir. Holdinq 2008-ci ildə təsis edilib və tərkibində 14 şirkət fəaliyyət göstərir. “Gəmiqaya Holdinq” Vasif Talıbovun biznes imperiyasına daxil olan ən iri strukturlardan biridir.

Hazırda şirkətin işləri yaxşı getmir. Bu səbəbdən holdinqin vergi borcu yaranıb. “Gəmiqaya Holdinq”in dövlətə 14 272.50 AZN vergi borcu var.

Ehtimal olunur ki, şirkət yaxın günlərdə borca görə məhkəməyə veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi