Yanvarın 1-dən etibarən Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracağını bildirib.
Oxu24.com xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin tvitində "Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın bütün idxalını dayandırıb",deyə qeyd edilib.
London ötən il 3,12 milyard kubmetr idxal edib. Müharibə başlayandan sonra Böyük Britaniya Rusiya qazının idxalını kəskin şəkildə azaldıb.
Bundan əvvəl Britaniya hakimiyyəti 2023-cü il yanvarın 1-dən etibarən Rusiyadan LNG idxalını tamamilə dayandıracaqlarını açıqlamışdı.
Böyük Britaniyada istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR